Azad edilmiş ərazilərə keçmək istəyən şəxslər saxlanıldı
Bizi izləyin

Hadisə

Azad edilmiş ərazilərə keçmək istəyən şəxslər saxlanıldı

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, iyunun 27-də saat 23 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Tovuz rayon sakinləri Zamin Abbasov, Elnur Əliyev, Novruz Vəliyev və Rövşən Vəliyev sonuncunun idarə etdiyi avtomaşınla birlikdə işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar. Polis şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm