Şəmkirdə ikimərtəbəli ev yandı, bir nəfər zəhərləndi
Bizi izləyin

Hadisə

Şəmkirdə ikimərtəbəli ev yandı, bir nəfər zəhərləndi

Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 1000 m² olan birmərtəbəli mebel salonunun zirzəmisində sahəsi 50 m² olan otağın yanar konstruksiyaları, içərisinə yığılan stol-stul və 3 ədəd döşək yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yüksək temperaturdan mebel salonunun lambirindən ibarət tavanı 120 m² sahədə qarsalanıb. Mebel salonunun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəmkir rayonunun Yeniabad kəndində ümumi sahəsi 168 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində mətbəx mebeli 3 p.m yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm