Casusluq edən ermənilərin məhkəməsi keçirildi
Bizi izləyin

Hadisə

Casusluq edən ermənilərin məhkəməsi keçirildi

Azərbaycanda casusluqda ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərə hüquqları izah edilib. Onlar dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Məhkəmə baxışı iyulun 26-a təyin edilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı (casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm