"Akula Akif" və "Nardaranlı Həsən" saxlanıldı - FOTOLAR
Bizi izləyin

Hadisə

"Akula Akif" və "Nardaranlı Həsən" saxlanıldı - FOTOLAR

Hacıqabulda kriminal aləmdə “Akula Akif” və “Nardaranlı Həsən” kimi tanınan şəxslərdən avtomat silah və narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən əvvəllər dəflərlə məhkum olunan Hacıqabul rayon sakini, 1973-cü il təvəllüdlü Akif Ələkbər oğlu Məmmədov saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, 37 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən A. Məmmədovla bir evdə olan tanışı əvvəllər məhkum olunan Sabunçu rayonu Nardaran qəsəbə sakini, 1975-ci il təvəllüdlü Həsən Əliməmməd oğlu Əzimovun üzərinə keçirilən baxış zamanı isə ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslər kriminal mühitdə “Akula Akif” və “Nardaranlı Həsən” kimi tanınır.

Faktlarla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm