Hadisə
Azərbaycanlı zabit faciəvi şəkildə həlak oldu
Rusiya ordusunda xidmət edən azərbaycanlı zabit çayda boğularaq həlak olub.
Publika.az Unikal.org-a istinadən xəbər verir ki, bədbəxt hadisə iyul ayının 18-i Rusiya Federasiyasının Cənubi Saxalin vilayətində baş verib.
Belə ki, Rusiya Silahlı Qüvvələrinin baş leytenantı, 1997-ci il təvəllüdlü İlkin Rövşən oğlu Həsənov zabit yoldaşları ilə çayda çimərkən güclü axına düşür və özünü xilas edə bilmir. Onun nəşi dalğıclar tərəfindən bir gün sonra tapılaraq tibbi ekspertizaya təhvil verilib.
Həlak olan zabitin cənazəsinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi və ata yurdu Masallı rayonunda dəfn ediləcəyi qohumları tərəfindən bildirilib.
Xatırladaq ki, İ.Həsənov Rusiyada doğulub. O, ali hərbi təhsilini Moskvada aldıqdan sonra Rusiya Silahlı Qüvvələri sıralarında xidmətə başlayıb.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?