88 nəfərin iştirakı ilə məclis keçirmək istədi
Bizi izləyin

Hadisə

88 nəfərin iştirakı ilə məclis keçirmək istədi

Salyan rayonunda pandemiya qaydalarını pozan şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Kamran Cavadovun fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 88 nəfərin iştirakı ilə məclis keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm