Azərbaycanda 3 qadın faciəvi şəkildə öldü
Bizi izləyin

Hadisə

Azərbaycanda 3 qadın faciəvi şəkildə öldü

İyulun 21-də saat 22 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Naxçıvan şəhər sakini N.Həsənov idarə eydiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Quba rayon sakini Şəlalə Orucovanı vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Oxşar hadisə iyulun 20-də saat 20 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Saatlı rayon sakini H.Şıxalıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Sevda İsikovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Daha bir ağır qəza iyulun 20-də saat 10 radələrində Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini N.İbrahimlinin idarə etdiyi “Ford” və Yuxarı Aran kənd sakini İ.Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə İ.Hüseynovun sərnişini olan 3 qadın xəstəxanaya yerləşdiriliblər. Onlardan Zülfiyyə Hüseynova orada ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm