Göygöldə DƏHŞƏTLİ QƏZA: Avtomobil iki yerə bölündü, yaralılar var - FOTO
Bizi izləyin

Hadisə

Göygöldə DƏHŞƏTLİ QƏZA: Avtomobil iki yerə bölündü, yaralılar var - FOTO

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, "NİVA" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Eldar Tağıyev, 1982-ci il təvəllüdlü Elmir Zeynalov xəsarət alıb. Qəza nəticəsində daha 1 nəfərin də xəsarət aldığı bildirilir.

Xəsarət alan E.Tağıyevin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, zərbənin gücündən "VAZ-2106" markalı avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb,araşdırma aparılır. ("Report")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm