Vaqif Axundovun bacısı oğlu HƏBS EDİLDİ - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Hadisə

Vaqif Axundovun bacısı oğlu HƏBS EDİLDİ - RƏSMİ AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayevin rüşvət almaqda şübhəli bilinərək saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Baş Prokurorluqdan Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, V.Babayev 2 iyul 2018-ci ildə SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimovun əmri ilə Xidmətin Səbail rayon idarəsinə rəis təyin olunmuşdu.

O, bu vəzifəyə respublikanın keçmiş Hərbi Komissarı və sabiq deputat Əliağa Hüseynovun qardaşı oğlu Namiq Hüseynovun yerinə gətirilmişdi.

Xatırladaq ki, Vüsal Babayev general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm