Cəlilabadda metamfetamin satan şəxslər SAXLANILDI
Bizi izləyin

Hadisə

Cəlilabadda metamfetamin satan şəxslər SAXLANILDI

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S. Qasımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı ondan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalarla onun həmin psixotrop maddəni Cəlilabad sakini Ə.Zeynalovdan əldə etdiyi müəyyən olunduğundan sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb və üzərindən 2 bükümdə metamfetamin aşkanaraq götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm