Abşeronda 3 avtomobil toqquşdu, xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Abşeronda 3 avtomobil toqquşdu, xəsarət alanlar var

Abşeronda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 10-SH-264 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə 10-TP-924 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil toqquşub, sonuncu maşın da 90-BG-386 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşına dəyib.

Qəza nəticəsində “Ope” markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıb.

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm