BDU bıçaqlanma ilə bağlı məlumat yaydı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

BDU bıçaqlanma ilə bağlı məlumat yaydı (YENİLƏNDİ)

27 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Bu barədə Publika.az-a Bakı Dövlət Universitetindən məlumat verilib.

Məlumata görə, xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.

Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

xxx

Bakı Dövlət Universitetinin (BDU) rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.

Publika.az Unikal.org-a istinadla xəbər verir ki, hadisə Bakı Dövlət Universitetində baş verib.

Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm