Şadlıq saraylarının inzibatçıları həbs edildi - FOTO
Bizi izləyin

Hadisə

Şadlıq saraylarının inzibatçıları həbs edildi - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə profilaktiki görüşlər keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, görüş zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. Bundan başqa işçi personalın vaksinasiya pasportları yoxlanılıb, onların xidmət zamanı hansı qaydalar ilə xidmət göstərməsi bildirilib.

Bundan başqa mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.

Anoloji tədbirləri ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları da keçirib. Monitorinq zamanı restorana COVİD-19 pasportu olmayan şəxslərin daxilm olmaq istəməsi aşkarlanıb ki, polis əməkdaşları həmin şəxslərlə profilaktiki söhbətlər apararaq mövcud qaydalar barədə məlumatlar verib. Bununla yanaşı obyekt sahibləri ilə marifləndirici söhbətlər aparılıb, mövcud qanunları pozulmasının məsuliyyət yaratması barədə məlumat verilib.

Qeyd edək ki, mütəmadi olaraq aparılan monitorinqlər zamanı Gəncə şəhərində fəaliyyət göstərən “Firüzə” və “Sübhan” şadlıq saraylarında Operativ Qərargahın tətbiq etdiyi qaydalar pozulduğuna görə inzibatçılar barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada həbs ediliblər.




Oxumağa davam et
Reklam
Reklam

Gündəm