Bakının mərkəzində çoxmərtəbəli binada yanğın - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakının mərkəzində çoxmərtəbəli binada yanğın - YENİLƏNDİ

Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən onmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 02:55-də söndürülüb.

Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

xxxxx

02:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxliyə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm