Yanğın Alaniyaya çatdı: insanlar təxliyə edilir
Bizi izləyin

Hadisə

Yanğın Alaniyaya çatdı: insanlar təxliyə edilir

Manavqatda başlayıb Gündoğmuşa qədər sıçrayan müşə yanğını indi də Alaniyaya çatıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Artıq Bayır kəndi alovlara tam şəkildə təslim olub. Yanğının Gözəlbağ məhəlləsinə yaxınlaşması səbəbi ilə əhali ərazidən təxliyyə edilib.

Məsciddə anons verildikdən sonra işləmə qabiliyyəti olan hər kəs yanğına qarşı fəaliyyətə keçib. Türkiyənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da hadisə yerindədirlər və yanğının qarşısını almağa çalışırlar.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm