FHN Türkiyədəki azərbaycanlı jurnalistlərə MÜRACİƏT ETDİ
Bizi izləyin

Hadisə

FHN Türkiyədəki azərbaycanlı jurnalistlərə MÜRACİƏT ETDİ

"Mənə indicə məlumat verildi ki, bizim azərbaycanlı jurnalistlər yanğın yerində bizim əməkdaşlarla birlikdə reportajlar hazırlayırlar".

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

"Buradan gedən və orada olan jurnalistlərimizdən xahiş edirik ki, yanğının və tüstünün gur olan yerlərinə doğru hərəkət etməsinlər. Bu, onların həyatı üçün çox təhlükəlidir" - deyə nazir müavini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm