Biləsuvarda avtomobil aşdı, xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Biləsuvarda avtomobil aşdı, xəsarət alanlar var

Biləsuvar rayonunda yol qəzası olub.

Publika.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayonunun Qızılkənd kənd sakini Mahmudov Naib Xudaverdi oğlu idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilini yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü və sərnişinlər - Mahmudzadə Sərvinaz Naib qızı və Mahmudov Elşən Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. ("Report")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm