Hadisə
Balakəndə COVID pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmadı
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Talalar və Tülü kəndləri ərazisində yerləşən fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman mərasimlərdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb. Aşkarlanmış qayda pozuntuları ilə bağlı toy sahibləri Vüqar Şahverdiyev və Ramazan Əliyev barəsində protokol tərtib olunaraq hər biri 400 manat məbləğində cərimələnib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir nəticəsində isə şəhər ərazisində yerləşən "Balakən" şadlıq sarayında təşkil edilən toy məclisinə gələn qonaqlardan 100-ə yaxının COVID pasportu olmadığı aşkarlanıb. Həmin qonaqlara mövcud qaydalara riayət etmələri izah olunub və onlar geri qaytarılıblar.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək