DİN Qubada 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN Qubada 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Qubada baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 1-də saat 23 radələrində Quba rayonunun Dəvədabanı yaşayış sahəsində rayon sakinləri F.Adıgözəlovun idarə etdiyi “QAZel” və Rauf Nəcəfovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə R.Nəcəfov hadisə yerində, sərnişini Taleh Abıyev isə xəstəxanaya aparılarkən yolda ölüb, digər 2 sərnişini, həmçinin F.Adıgözəlovun 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm