Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Orduya çatdı - VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Orduya çatdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardıma gedən yanğınsöndürənləri hazırda Ordu şəhərindədir.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, Ordu şəhərində AFAT nümayəndələri ilə Azərbaycan yanğınsöndürmə qruplarının rəhbərliyi koordinasiyalı fəaliyyət üçün fikir mübadiləsi aparırlar.

Ordu şəhəri Yanğından Muhafizə İdarəsinin rəhbəri Yusuf Çınkıl mediaya açıqlamasında Azərbaycana təşəkkür edib.Qeyd edək ki, FHN-in 100 nəfərlik heyəti, o cümlədən amfibiya təyyarəsi və helikopterləri Marmaris də daxil olmaqla, bir neçə ərazidə yanğınsöndürmə prosesinə 3 gündür qoşulub.

İkinci yardım qrupuna isə 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm