Bakıda 7 ailənin yaşadığı evdə YANĞIN
Bizi izləyin

Hadisə

Bakıda 7 ailənin yaşadığı evdə YANĞIN

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² olan bir dam altında tikilən 7 ailənin yaşadığı evlərdən ümumi sahəsi 50 m² olan evin yanar konstruksiyaları və ümumi sahəsi 30 m² olan 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, digər otağın tavanı 2 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm