Gürcüstandan Azərbaycana gələn avtomobildə "Tramadol" aşkarlandı
Bizi izləyin

Hadisə

Gürcüstandan Azərbaycana gələn avtomobildə "Tramadol" aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana “Mercedes Benz-Actros" markalı yük nəqliyyat vasitəsilə gələn İran İslam Respublikasının vətəndaşı saxlanılıb.

Publika.az DGK-yə istinadla xəbər verir ki, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı avtomobilin salonunda, arxa yataq yerinin üzərində olan yorğanın içərisində gömrük nəzarətindən gizlədilən 100 ədəd “Tramadol" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm