Şəmkirdə yük avtomobili aşdı, xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Şəmkirdə yük avtomobili aşdı, xəsarət alanlar var

Şəmkir rayonunda idarəetmədən çıxan kiçik tutumlu yük avtomobili aşıb.

Publika.az xəbər verir ki, Qərb Mərkəzinin məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Kür qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan kiçik tutumlu yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Onlara hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının həkimləri tərəfindən ambulator yardım göstərilib. Hər iki şəxs xəstəxanaya getməkdən imtina edib.

Qeyd edək ki, avtomobilin yük yerində alkoqolsuz içkilər olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm