Oğuzda dağlıq ərazidə yanğın başladı
Bizi izləyin

Hadisə

Oğuzda dağlıq ərazidə yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Publika.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm