Qaxda AĞIR QƏZA: 5 nəfər xəsarət aldı
Bizi izləyin

Hadisə

Qaxda AĞIR QƏZA: 5 nəfər xəsarət aldı

Qax rayonunda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında İlisu-Qax avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus yol kənarında dayanmış "Mercedes" markalı minik avtomobilini arxadan vurub. Nəticədə minik avtomobili işıq dirəyinə çırpılıb.

Qəza zamanı hər iki avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanaya daxil olan 4 nəfər Gəncə sakini ambulator müalicə üçün evə buraxılıb. Mikroavtobusun sürücüsü olan Şəki sakini Kamran adlı şəxs isə hazırda müayinə olunur.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm