Baş Prokurorluq Elman Mirzəyevin ölümü ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

Baş Prokurorluq Elman Mirzəyevin ölümü ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Sabirabad rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqusun 11-i saat 10 radələrində Sabirabad rayonu ərazisində su kanalında Mirzəyev Elman Nizami oğlunun avtomobildə meyitinin aşkar edilməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm