Kəlbəcərdə AĞIR QƏZA: şirkət əməkdaşları xəsarət aldılar
Bizi izləyin

Hadisə

Kəlbəcərdə AĞIR QƏZA: şirkət əməkdaşları xəsarət aldılar

Kəlbəcər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, rayon ərazisində "VAZ-21021" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 5 nəfərdən 3-ü, Məmmədov Natiq (2002-ci il təvəllüdlü), Əmraslanov Hüseyn (1999-cu il) və Hüseynov Niyaməddin ( 1997-ci il) xəsarət alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. Onların hər üçünün vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, avtomobil qəzasına düşənlər Kəlbəcər ərazisində infrastruktur işləri görən şirkətlərdən birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırmalara başlanılıb. ("Report")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm