Hadisə
Vüsalə Əlizadənin qardaşının öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR - FOTO

Tanınmış teleaparıcı Vüsalə Əlizadənin qardaşının həlak olduğu yol qəzası ilə bağlı cinayət işi açılıb.
Publika.az-ın məlumatına görə, 1989-cu il təvəllüdlü Əlihüseyn Əlizadənin ölümü ilə nəticələnən hadisə ilə bağlı Astara rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş açılıb. Zəruri ekspertizalar təyin edilib.
Publika.az-ın əldə etdiyi digər məlumata görə, hadisə ötən gün axşam saat 18 radələrində baş verib. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşı, baş leytenant Əlihüseyn Əlizadənin sürdüyü "Mercedes” markalı, 90 MZ 032 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun kənarına aşıb. İlkin ehtimala görə qəzaya avtomobil Şahağacı kəndi ərazisində hərəkətdə olarkən qarşısına qəfil maneənin çıxması və sürücünün manevr qaydalarına düzgün əməl etməməsi səbəb olub.
Araşdırmalar davam etdirilir.
Muxtar

-
Magazin216:27
Türkiyəli aktrisanın ailəsi də dağıntılar altında qaldı - VİDEO
-
Nida Xəbər 16:16
Vasif Tağıyev terrorçunu necə zərərsizləşdirib? - YENİ TƏFƏRRÜAT
-
İdman15:25
Ötən gün qələbə qolunu vurdu, indi isə... - TÜRKİYƏ FUTBOLU ŞOKDA
-
Rəsmi xronika14:59
Prezident Ərdoğana zəng etdi
-
Region14:43
Türkiyədə yenidən 7,8 bal gücündə zəlzələ oldu
-
Region14:17
Ərdoğan ölənlərin sayını açıqladı - Şok rəqəm
-
İdman13:45
Türkiyə idmanının ağır günü - Onlardan xəbər yoxdur
-
Sosial13:20
Nazir rəisi işdən çıxardı - FOTO