Nazirlik bir ailədən 3 nəfərin öldüyü hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

Nazirlik bir ailədən 3 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi avqustun 14-də saat 16 radələrində Kürdəmir rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sığırlı kəndi ərazisində Zərdab rayon sakini İ.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Ağdam rayon sakini R.Məmmədovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinin qoşqusuna vurub. Nəticədə İ.Abbasovun sərnişinləri - Qalib Hüseynov, arvadı Aytəkin və qızı Gülər aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, özü və digər iki sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm