Bakıda quldurluq: Məntəqəyə basqın edib pul və telefon apardılar
Bizi izləyin

Hadisə

Bakıda quldurluq: Məntəqəyə basqın edib pul və telefon apardılar

Bakıda quldurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsinə avqustun 14-də iki nəfərin rayon ərazisində yerləşən metal qəbulu məntəqəsinə gələrək orada işləyən şəxsi döyüb, oradan 900 manat və 500 manat dəyərində mobil telefon aparmaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Fərmanov və Balaxanı qəsəbə sakini N.Sadıqov müəyyən edilərək saxlanılıblar.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm