FHN: 4 nəfər xilas edilib, 2 nəfərin meyiti tapılıb
Bizi izləyin

Hadisə

FHN: 4 nəfər xilas edilib, 2 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 86 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

mumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. Həmçinin, Bakı şəhəri Nizami rayonunda və Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktları üzrə həyata keçirilən xilasetmə əməliyyatları zamanı müvafiq olaraq Rəhimova Zümrüd Salman qızının və Raxteri Yaşar Eynullah oğlunun meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm