Bakıda istirahət mərkəzi, Xaçmazda isə fındıq bağı yandı
Bizi izləyin

Hadisə

Bakıda istirahət mərkəzi, Xaçmazda isə fındıq bağı yandı

Bakının Xəzər rayonunda, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 15 kv.m olan külafirənginin yanar konstruksiyaları və içərisində 1 ədəd masa yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xaçmaz rayonunun Yataqoba kəndində isə bağ sahəsində 40 ədəd fındıq ağacı qismən yanıb. Bağ sahəsinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm