Günel Gözəlovanın şikayəti ilə bağlı nazirliyə müraciət edildi
Bizi izləyin

Hadisə

Günel Gözəlovanın şikayəti ilə bağlı nazirliyə müraciət edildi

Jurnalist Günel Gözəlovanın həyat yoldaşının həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, araşdırma zamanı izahatlar alınıb, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib:

"Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilib.

Hazırda araşdırma davam etdirilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm