Bakıda ikimərtəbəli binada baş verən yanğın söndürüldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda ikimərtəbəli binada baş verən yanğın söndürüldü - YENİLƏNDİ

Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Publika.az-a nazirlikdən bildiriblər.

xxx

23:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində ikimərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm