Cəlilabadda yük avtomobili aşdı
Bizi izləyin

Hadisə

Cəlilabadda yük avtomobili aşdı

Cəlilabad rayonunda yol qəzası olub.

Publika.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Ford tranzit" markalı yük avtomobili yolun kənarına yuvarlanıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm