Bakıda ictimai yerdə 8 koronavirus xəstəsi yaxalandı - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda ictimai yerdə 8 koronavirus xəstəsi yaxalandı - VİDEO

Paytaxtın Xətai rayonunda 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumaat görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Həmin şəxslərdən biri, Xəyal Nəsirov barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər 3 nəfər barəsində istintaq araşdırmaları davam etdirilir.

Sabunçu rayonu Bakıxanov qəsəbəsində də aktiv koronavirus xəstəsi olan Sabit Allhverdiyev ictimai yerdə, yəni marketə getmək istəyən zaman Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib. Bu şəxslə profilaktik söhbət aparılıb və onun tibbi prosedurlar gözlənilməklə evinə qaytarılması təmin edilib.

Analoji hal paytaxtın Nəsimi və Nərimanov rayonlarında da qeydə alınıb. Nəsimi rayonunda aktiv koronavirus xəstəsi olan Asif Əliyev, Nərimanov rayonunda isə Zahid Əliyarov və Azər Bədirzadə yaşayış yerlərini tərk etdikləri üçün polislər tərəfindən müəyyən ediliblər.

Bu şəxslərlə də profilaktik söhbət aparılıb və onun tibbi prosedurlar gözlənilməklə evinə qaytarılması təmin edilib. Aşkar edilən faktlarla bağlı araşdırmalar aparılır.

Bir daha aktiv koronavirus xəstəliyinin daşıyıcıları olan və evdə özünütəcrid qaydaları çərçivəsində müalicəyə cəlb olunan vətəndaşların nəzərinə çatdırılır ki, onların mənzillərini tərk etməsi yolverilməzdir. Bu hallar aşkar edildiyi təqdirdə həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən həm İnzibati Xətalar, həm də ki, Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm