Bakıda itkin düşən uşaqlar tapıldılar - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda itkin düşən uşaqlar tapıldılar - YENİLƏNDİ

İtkin düşən Aişə Məmmədli və Famil Qulami tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Tamilla Qulami "Facebook"da paylaşım edib.

"Dostlar, uşaqlarla danışmışıq. Onları götürmək üçün 28-ci polis bölməsinə gedirik. Əsas sağdırlar", - T.Qulami bildirib.

xxx

20:48

"Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu itkin düşüb.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə Tamilla Qulaminin yaxınları məlumat verib.

T.Qulaminin 15 yaşlı qızı və 12 yaşlı qardaşı oğlu bu gün saat 14:00 radələrində Elmlər Akademiyası yaxınlığında yerləşən ünvandakı evdən çıxıb və geri qayıtmayıblar.

Sözügedən şəxsləri görənlərdən yaxınlıqdaki polis bölməsinə xəbər vermələri, yaxud 055 321 02 04 nömrəsinə zəng etmələri xahiş olunur.

Qeyd edək ki, hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət olunub

Oxumağa davam et
Reklam
Reklam

Gündəm