Bakıda mənzildə meyit aşkarlandı
Bizi izləyin

Hadisə

Bakıda mənzildə meyit aşkarlandı

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1963-cü il təvəllüdlü Pavlov Valeri İvanoviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm