Azərbaycanda erməni dilində markalanmış məhsullar satılıb - VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanda erməni dilində markalanmış məhsullar satılıb - VİDEO

Sumqayıt şəhərinin ən iri ticarət mərkəzlərindən birində erməni dilində markalanmış məhsul satışa çıxarılıb. Ancaq bununla bağlı xəbər yayılan kimi həmin məhsul satışdan yığışdırılıb.

Publika.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, ticarət mərkəzinin dəftərxana ləvazimatları satılan şöbəsində Çinin "Yalong" şirkətinin istehsal etdiyi 48 vərəqli dəftərin arxa hissəsində məhsul haqqında erməni dilində markalanmaya rast gəlinib.

Erməni dilində olan yazıda məhsulun Çinin "Yalong" şirkətinin istehsalı olduğu və Ermənistana ixrac edildiyi barədə məlumat yer alıb. Məhsulun üzərində Azərbaycan dilində isə heç bir məlumat verilməyib. Halbuki "Dövlət dili haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlara uyğun olaraq Azərbaycana gətirilən məhsullar ana dilində markalanmalıdır.

Məsələ ilə bağlı sözügedən ticarət mərkəzindən bildirilib ki, həmin firma ilə əlaqə saxlanıb və məhsullar da artıq ticarət mərkəzindən yığışdırılıb.

Mövcud vəziyyətlə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, vəziyyətdən xəbərdardırlar və bu haqda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm