Polis bu kişini axtarır: 25 gündür... - FOTO
Bizi izləyin

Hadisə

Polis bu kişini axtarır: 25 gündür... - FOTO

Şəkidə 55 yaşlı kişi itkin düşüb.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Şəki şəhər sakini, 1966-cı il təvəllüdlü Salamov Tofiq Səmail oğlu avqustun 30-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Tofiq Salamovun əlamətləri-boyu 164 sm, gözlərinin rəngi qəhvəyi, saçları ağ və qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar və gödəkçə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm