FHN Zaqatala-Balakəndəki vəziyyətlə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN Zaqatala-Balakəndəki vəziyyətlə bağlı məlumat yaydı

Məlumat verildiyi kimi, sentyabrın 23-ü gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması səbəbindən baş vermiş qısamüddətli sel və daşqın səbəbindən Balakən və Zaqatala rayonlarında fəsadlar yaranıb.

Publika.az xəbər verir ki, fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi təmin olunub. Bu çərçivədə, ötən gündən Nazirliyin qüvvələri tərəfindən su basmış ərazilərdən suyun kənarlaşdırılması məqsədilə başlanılmış işlər gecə saatlarında da davam etdirilib. Hazırda işlər Balakən rayonunun Tülü və İtitala kəndlərində davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm