Ötən gün ölkədə 40 yanğın olub - VİDEO
Bizi izləyin

Hadisə

Ötən gün ölkədə 40 yanğın olub - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 9 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı Volkova Raya Vasilyevnanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Eləcə də güclü yağışlar nəticəsində Balakən rayonunun Kortala kəndində həyətyanı sahələrə dolmuş su Nazirliyin müvafiq qüvvələri tərəfindən kənarlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm