Piyadanı öldürüb qaçan sürücü tutuldu
Bizi izləyin

Hadisə

Piyadanı öldürüb qaçan sürücü tutuldu

Biləsuvarda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-də axşam saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunda müəyyən edilməmiş atomobillə Biləsuvar şəhər sakini Alim Hüseynov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı mikroavtobusun sürücüsü, Biləsuvar şəhər sakini Samir Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm