Direktor işçisini hədələdi - İşə prokurorluq qarışdı
Bizi izləyin

Hadisə

Direktor işçisini hədələdi - İşə prokurorluq qarışdı

Astara rayonu Vənəşikəş kənd sakini Zülfüqarov Rahim Gülağa oğlu rayonun Sipiyəpart kənd tam orta məktəbinin direktoru tərəfindən qanunusuz olaraq işdən çıxaralacağı ilə hədələnməsi və digər qanunsuzluqlara yol verilməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Publika.az rayon prokurorluğuna istinadən xəbər verir ki, müraciət üzrə aparılmış araşdırma ilə Rahim Zülfüqarovun göstərdiyi xüsusatların bir qismi öz təsdiqini tapıb, lakin rayon prokurorluğunun vaxtında müdaxiləsi nəticəsində şikayətçi öz iş yerində qalıb.

Prokurorluğa müraciət edərək məmnun qalan Rahim Zülfüqarov Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm