İrandan gələn avtobusda qanunsuz siqaretlər aşkarlandı
Bizi izləyin

Hadisə

İrandan gələn avtobusda qanunsuz siqaretlər aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn həmin ölkə vətəndaşının idarə etdiyi "Scanıa" markalı sərnişin avtobusu saxlanılıb və kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, xidməti it avtobusun salonunda arxa oturacaqlara reaksiya verib və avtomobil əsaslı yoxlanılıb.

Avtobusun salonundakı oturacaqların arxa hissəsinə birləşən yerin arasındakı boşluqdan, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə 3200 ədəd "Kent nanotek infina" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm