Hadisə
İmişlidə dəhşətli hadisə: ekskavator sıxıb öldürdü
Oktyabrın 12-si saat 14 radələrində İmişli rayonu ərazisində Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında fəhlə işləyən 1980-ci il təvəllüdlü Ramil Şirinovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İmişli rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, hidroqovşaq ərazisində ekskavatorla hamarlama işləri aparılarkən ekskavatorun yük hissəsi ilə beton hissəciyin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”