Hadisə
Rəşad Dağlının dostunu güllələyən şəxsə ağır cəza
Bakıda iki il əvvəl baş verən silahlı insidentlə bağlı həbs olunan 1983-cü il təvəllüdlü Tural Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Tural Nağıyev Yasamal rayonunda kriminal aləmə yaxınlığı ilə tanınan Zülfü Muradovu və İlkin Bağıyevi güllələyib.
Əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Tural Nağıyev tutulub.
Hadisənin kriminal hesablaşma olduğu qeyd olunub.
İstintaq orqanı tərəfindən Tural Nağıyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Güllələnən Zülfü Muradov tanınmış meyxanaçı Rəşad Dağlının dostu olub.
Qeyd edək ki, Zülfü Muradov xəstəxanadan çıxandan sonra həbs edilib. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham irəli sürülüb. Zülfü Muradov bu ilin əvvəlində 6 il müddətinə azadlıqdan məhrum edilib.
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı