Şəhidimiz dəfn olundu - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Şəhidimiz dəfn olundu - FOTO - (YENİLƏNDİ)

Oktyabrın 14-də qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev dəfn olunub.

xxx

Ötən gün erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu son mənzilə yola salınır.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, şəhidimiz doğulduğu Goranboy rayonunun Borsunlu kəndində dəfn olunur.

Dəfn mərasimində hərbçimizin yaxınları, döyüş yoldaşları, rəsmilər iştirak edir.

2002-ci il təvəllüdlü Əfqan Həmzəyev evin tək oğlu olub və bir ildir hərbi xidmətdə imiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm