• USD 1,7000 0,00% EUR 1,9253 -0,05%
    • GBP 2,2596 -0,19% RUB 0,0229 -0,44%

Bakının mərkəzində ticarət obyektlərində baş verən güclü yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)

  • Hadisə
  • 16 Oktyabr 2021 10:33
  • 3 369 Baxış
Bakının mərkəzində ticarət obyektlərində baş verən güclü yanğın söndürüldü - FOTO/VİDEO

FHN-dən verilən məlumata görə, bü gün Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verib və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq saat 10:24-də söndürülüb. İlkin hesablamalara əsasən, təqribən 300 kv.m sahədə müxtəlif təyinatlı ticarət obyektləri yanıb. Bitişik ictimai-iaşə, o cümlədən ticarət obyektləri və yaşayış binaları yanğından mühafizə olunub.

xxx

"Yanğının söndürülməsinə 21 yanğınsöndürən avtomobili və Fövqəladə Hallar Nazirliyinin (FHN0 105 əməkdaşı cəlb olunub".

Bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisinin müavini Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, "Nəriman Nərimanov" metrosunun yaxınlığında bir-birinə bitişik, birmərtəbəli müxtəlif təyinatlı ticarət obyektlərinin, təxminən, 300 kvm sahəsi yanıb: "Obyektlərə telefon, parça mağazaları və digər müxtəliftəyinatlı obyektlər daxildir. Yaxınlıqda yerləşən yaşayış binaları yanğından tam mühafizə olunub. Yanğın həm daxildən, həm də xaricdən hazırda tam lokallaşdırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır"

xxx

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzi və ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın lokallaşdırılıb.

Alovun yayılması təhlükəsi aradan qaldırılıb.

Hazırda yanğının tam söndürülməsi üzrə işlər davam etdirilir.

xxx

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar metronun "Nəriman Nərimanov" stansiyasının giriş-çıxışlarından biri bağlanıb.

Stansiyanın yanğın baş verən əraziyə çıxan girişindən sərnişinlərin istifadəsinə məhdudiyyət qoyulub.

xxx

10:05

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar yaxınlıqda yaşayan insanlar təxliyə edilir.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib.

Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəliblər.

xxx

Bakının Nərimanov rayonunda ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

xxx

09:46

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzi və ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.

Publika.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

BNA ərazidə tıxacın yaranması barədə xəbərdarlıq edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR