• USD 1,7000 0,00% EUR 1,9172 +0,50%
    • GBP 2,2670 +0,23% RUB 0,0227 +0,88%

Qubada AĞIR QƏZA: 4 nəfər öldü, 1 nəfər xəsarət aldı - FOTO (YENİLƏNDİ)

  • Hadisə
  • 17 Oktyabr 2021 05:45
  • 1 443 Baxış
Qubada AĞIR QƏZA: 4 nəfər öldü, 1 nəfər xəsarət aldı - FOTO

Xəbər verdiyimiz kimi oktyabrın 16-sı gecə saatlarında Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Quba rayonunun Alekseyevka kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi 90-ZV-745 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Avtomobildə olan 3 nəfər hadisə yerində ölüb. Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılan iki nəfər yaralıdan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

xxx

23:49

Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası olub.

Publika.az xəbər verir ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər ölüb. Qəza zamanı habelə yaralananlar da var.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR